RU

Dünyanın ən varlı futbolçuları - Ronaldu və Messidən ÇOX QAZANIRLAR

"Game Set&Match" portalı planetin ən zəngin futbolçularının siyahısını dərc edib.
 
Reytinqin lideri Tailandın "Ratçaburi" klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Lakin Faiq var-dövlətini futbol meydançasında qazanmayıb. Məsələ burasındadır ki, o, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür. Atası Bruney şahzadəsi Cefri Bolkiahdır. Əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Ailəsinin sərvəti 20 milyard dollardır.
 
"Ən-Nəsr"in ulduzu Kriştianu Ronaldu və "İnter Mayami"nin forvardı Lionel Messinin sərvəti 1 milyard dollara yaxınlaşır. Devid Bekhem də onlara yetişir.
 
Maraqlıdır ki, Avropanın top-klubunun yalnız bir nümayəndəsi ən zəngin 10 futbolçu sırasına daxil olub. Bu, "Real Madrid"in hücumçusu Kilian Mbappedir.
 
Избранный
19
4
moderator.az

10Источники