Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.
Apasport.az xəbər verir ki, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.
Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.
Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.
Cüdoçularımız Olimpiya Təlim Düşərgəsində iştirak edirlər
Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Cüdoçularımız Avropa kubokunu 5 medalla başa vurublar
Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 3 medal
Yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək