RU

BDYPİ-dən XƏBƏRDARLIQ: Dumanlı hava yolda təhlükə yarada bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, müraciətdə dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Sinoptiklərin məlumatına əsasən, martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.
Избранный
5
2
oxu.az

10Источники