RU

Şimali Makedoniyada gecə klubunda faciə - Yenilənib+59 ölü, 151 yaralı

Şimali Makedoniyada gecə klubunda baş verən yanğın faciə ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, Koçani şəhərində yerləşən gecə klubunda baş verən hadisə nəticəsində 50 nəfər ölüb.

Məlumata görə, hadisə klubda təxminən 1500 nəfərin iştirak etdiyi konsert zamanı baş verib.

Faktla bağlı araşdırma aparılır.
***

Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski bildirib ki, faciədə ölənlərin sayı 59-a yüksəlib.

Onlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib. 151 yaralı var, 18-nin vəziyyəti ağırdır.

Избранный
19
qafqazinfo.az

1Источники