RU

Prezident İlham Əliyev “Euronews”ə müsahibəsində mühüm məsələlərə toxunub – Deputat

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Ölkəmizin başçısı Qlobal Bakı Forumunun artıq 12-ci ildir keçirildiyini, iştirakçıların sayının hər ötən il daha da artdığını, Forumun əhatə dairəsinin genişləndiyini diqqətə çatdırıb. Cənab Prezident həmçinin regional və qlobal müstəvidə baş verən proseslərə də öz müsahibəsində yer verib. Vurğulanıb ki, bu gün sülh və təhlükəsizlik naminə bütün səylərin birləşdirilməsi ən vacib seçim olmalıdır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, ölkəmizin başçısı müsahibəsində Forumda müzakirə edilən məsələlərə, panellərdə təşkil edilən diskusiyalara da diqqət çəkib: “Bildirilib ki, Bakı Forumuna bu gün beynəlxalq miqyasda maraq böyükdür. Burada müzakirə edilən mövzular, verilən mesajlar, edilən çağırışlar olduqca önəmlidir. Sözsüz ki, beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda Bakıda keçirilən Qlobal Forumun iştirakçılarının adları həm də onun potensialı, müzakirəyə çıxarılan mövzuların əhatə dairəsi böyük maraqla qarşılanır. Bakı Forumunda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısının iştirak etməsi onun mahiyyətini nümayiş etdirir”.

Deputat Azərbaycan Prezidentinin Qlobal Bakı Forumunun açılış sessiyasında çıxışında vermiş olduğu mesajların əhəmiyyətinə toxunub: “Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyətin maraqla izlədiyi məkana çevrilib. Bakı bundan öncə də COP29 kimi vacib beynəlxalq tədbirə ev sahibliyi etməklə dünyada mühüm platforma missiyasını ləyaqətlə daşıdığını subuta yetirib. Qlobal Bakı Forumu isə artıq dünya miqyasında yeni çağırışların və ənənəvi yanaşmalardan imtinanın sülh, təhlükəsizlik, qarşılıqlı inam və etimadın təşviq edildiyi platforma kimi çıxış edir. Cənab Prezident də müsahibəsində məhz bu amilləri önə çəkərək Forumda yeni ideyaların meydana gəlməsi ilə onun beynəlxalq münasibətlərin formalaşmasında rolundan bəhs edib”.

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratdığını, münasibətlərin məhz qarşılıqlı hörmət əsasında formalaşmasının vacibliyini önə çəkdiyini vurğulayıb: “Builki Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi” olduğu qeyd edilib. Hazırda qlobal miqyasda yeni qaydaların müəyyənləşdirilməsi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsinin olduğu bildirilib. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə regional münasibətlərdə dəyişikliklərin baş verməsi artıq zərurətə çevrilib. Bu xüsusda 2020-ci ilin 44 günlük Vətən müharibəsindən 5 il keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Azərbaycan sülhü təşviq etdiyi halda bəzi beynəlxalq təşkilatlar və ölkələrin ikili standartlardan imtina edə bilmir. Ermənistanın bu günə qədər qeyri-konsturktiv davranışları keçmiş münaqişə dövründə aparılan danışıqlar kimi sülh prosesini də uzadan başlıca amillərdəndir. Prezident İlham Əliyev bütün bunların Azərbaycanın həyata keçirdiyi siyasətə təsirinin olmadığını, ölkəmizin regionda və qlobal miqyasda hər zaman sülhə, təhlükəsizliyə, əməkdaşlığa olan birmənalı mövqeyi müsahibəsində bir daha öz əksini tapıb”.

Избранный
33
yenigundem.az

1Источники