RU

Qabil Məmmədovdan sonra onlar da Baş Prokurorluğa çağırıldı - VİDEO

01:36 17.03.2025
01:36 17.03.2025

Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıb.

Mynews.az xəbər verir ki, bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib.

Belə ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.

Elşad Məmmədov şəxsiyyət vəsiqəsilə 15 aprel tarixində Baş Prokurorluğunun İstintaq İdarəsində olmalıdır.

Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib. M.Mirzəli 21 aprel tarixində Baş Prokurorluğunun İstintaq İdarəsində olmalıdır.

Xatırladaq ki, Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.


Избранный
60
43
mynews.az

10Источники