Bakı. Trend:
ABŞ-də baş verən qasırğa nəticəsində ölənlərin sayı 36-yaçatıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp"Truth Social" sosial şəbəkəsində yazıb.
"Cənub və Orta Qərbdə bir çox ştatı vuran şiddətli tornado vətufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", -deyə o bildirib.
Amerika KİV-lərinin məlumatına əsasən, təbii fəlakət nəticəsindəAlabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texasştatlarının sakinləri həlak olublar.