RU

"Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunu qazandı

İngiltərə Liqa Kubokunun finalında “Nyukasl” “Liverpul”u 2:1 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, görüş Londonun “Uembli” stadionunda baş tutub. Qaliblərin qollarını Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurub. “Liverpul”un heyətində Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb. “Nyukasl” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda əvvəllər iki dəfə turnirin finalında çıxış edib: 1976 və 2023-cü illərdə. “Liverpul” 2024-cü il turnirinin qalibi olub və ən çox kubok qazanma rekorduna sahibdir (10). Komanda daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə turnirin qalibi olub.

Избранный
15
5
sia.az

8Источники