RU

7 günlük matəm elan edildi


Şimali Makedoniya hökuməti Koçani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan edib.

Axar.az xəbər verir ki, bu barədə respublika hökumətinin saytında məlumat verilib.

"Koçanidə baş verən yanğında 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanaya yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin bugünkü fövqəladə iclasında ölkə ərazisində 7 günlük matəm elan edilməsi barədə qərar qəbul edilib. Hər kəs bu qərara əməl etməyə borcludur, onun pozulmasına görə sərt cəzalar nəzərdə tutulur", - açıqlamada deyilir.


Избранный
8
7
news24.az

8Источники