RU

Bir ailənin üç uşaqı dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.

Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
27
azedu.az

10Источники