RU

Xaçmazda polis əməliyyatı - Külli miqdarda narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olanməlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı RəşadDadaşzadə saxlanılıb.

Trendxəbər verir ki, ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək,külli miqdarda psixotrop maddə metamfetamin və metadon həbləraşkarlanaraq götürülüb.

R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu vənarkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərəkayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı iləsaxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisinkeçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıbvə nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Xaçmazda
Məqalədə:
Избранный
13
2
az.trend.az

9Источники