RU

Gəncədə dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlama

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

"Martın 17-də, saat 02:10-da üç nəfər (iki qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.

09:24

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

"Cebheinfo.az"  Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Belə ki, hadisə evin hamam otağında qeydə alınıb.

Vurğulanıb ki, 2012-c il təvəllüdlü F.Ş., 2015-ci il təvəllüdlü H.Ş. və 2017-ci il təvəllüdlü Z.Ş. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
19
6
cebheinfo.az

5Источники