“Sabah” Premyer Liqanın cari mövsümündə 14-cü heç-heçəsini edib.
Msport.az xəbər verir ki, komanda son olaraq 27-ci turda “Zirə” ilə bərabərə qalıb – 1:1.
Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyə qədər üç dəfə eyni klub 14 heç-heçə edib. 2009-10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 tur ərzində 14 bərabərliklə diqqət çəkib. 28 turdan ibarət 2020-21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
“Sabah” mövsümün sonuna qədər daha bir heç-heçə etsə, mütləq rekordun müəllifi olacaq.