RU

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər:

"Bu il Novruz və Ramazan bayramlarının tətillərinin eyni vaxta təsadüf etməsi səbəbindən növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir. Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir".

Nazirlik ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edib.

"Eyni zamanda, yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir", - məlumatda qeyd olunub.

E-saglam.az


Избранный
41
49
e-saglam.az

10Источники