RU

"Sabah" tarixi rekorda şərik çıxdı

Bu gün, 13:27

“Sabah” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.
reportyor.tv xəbər verir ki, bu, 27-ci turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1. Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.
Bunadək üç dəfə eyni klub 14 “sülh”ə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı”32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir “sülh” lə “Sabah” mütləq rekordun müəllifi olacaq.

Избранный
18
13
Reportyor.tv

10Источники