RU

Salah "Barselona"ya keçir? - Bir şərt var

"Liverpul"un ulduz cinah oyunçusu Məhəmməd Salah İngiltərə nəhəngindən ayrılmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, misirli vinger "qırmızılar"la müqavilənin uzadılması barədə razılığa gələ bilməyib. Nəticədə "Barselona"ya təklif olunub.

"Barsa" rəhbərliyi Salahın transferində maraqlıdır. Ancaq bu transfer üçün ciddi bir şərt var. Klubun maliyyə problemlərinə görə Məhəmməd maaşda güzəştə getməli olacaq. "Barselona" Salaha hazırda İngiltərədə aldığı illik 18 milyon avro məvacibi ödəmək iqtidarında deyil.

Qeyd edək ki, Salah 2017-ci ildə "Liverpul"a keçib. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Избранный
40
1
publika.az

2Источники