RU

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? — Pentaqondan AÇIQLAMA

Pentaqon ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək barədə RT nəşrinin yaydığı xəbərə münasibət bildirib.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) məlumat verilib.

"ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın köçürülməsi ilə bağlı Rusiyanın RT agentliyi tərəfindən dərc edilən məlumatı şərh etmir. ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi baxımından hərbi texnikanın hərəkəti ilə bağlı şərh vermir", - deyə nazirlikdən bildirilib.

Избранный
80
7
demokrat.az

2Источники