RU

Cəlilabadda avtomobil körpüdən aşdı: yaralananlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək, körpüdən aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Избранный
34
8
publika.az

10Источники