2025-ci il martın 17-də Türkiyə, İraq, Suriyadan olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub.
Agentliyin icraçı direktoru Aygün Əliyeva heyətə Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, türkman QHT-ləri ilə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Türkman təşkilatları Azərbaycanda türkman irsinə yüksək qiymət verilməsini, tarixi-mədəni köklərə bağlılığı xüsusi qeyd ediblər və buna görə Azərbaycan dövlətinə təşəkkür ediblər.