RU

Nağdəli Xəlilov vəfat etdi

Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Nağdəli Xəlilov vəfat edib.

Axar.az xəbər verir ki, Nağdəli Xəlilov 79 yaşında dünyasını dəyişib.

Nağdəli Xəlilov iyunun 1-də Ermənistanın Ması rayonunun Qəmərli kəndində anadan olub. 1972-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun sərgiləri Türkiyə, Gürcüstan, Almaniya, ABŞ, Çexoslovakiya və s. ölkələrdə nümayiş olunub.

Избранный
31
5
axar.az

7Источники