Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma B qrupunda baş tutub. Sumqayıtda təşkil olunan qarşılaşmada eyniadlı komanda “Quba”nı qəbul edib.
Məhsuldar alınan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. "Sumqayıt" 112:103 hesabı ilə qalib gəlib.
Tura martın 19-da yekun vurulacaq.
"Sumqayıt” – “Quba” - 112:103 (34:22, 29:27, 16:24, 33:30)
Sumqayıt OİK
yer | komanda | O | Q | M | X |
1 | Gəncə | 18 | 14 | 4 | 32 |
2 | Şəki | 18 | 14 | 4 | 32 |
3 | Ordu | 18 | 11 | 7 | 29 |
4 | Sumqayıt | 19 | 8 | 11 | 27 |
5 | Quba | 19 | 5 | 14 | 24 |
6 | Lənkəran | 18 | 3 | 15 | 21 |