RU

Tramp bu gün Putinlə nədən danışacaq?

Bu gün ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.

Olaylar.az xəbər verir ki, Trampın Putinlə ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini müzakirə etməyi planlaşdırdığı bildirilir.

"Düşünürəm ki, biz ərazilərdən danışacağıq. Biz elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - Ağ Evin rəhbəri xarici KİV-ə bildirib.

"Reuters" agentliyinin məlumatına görə, Amerika lideri bu gün Putinə zəng etmək niyyətindədir.

Tramp əlavə edib ki, Moskva və Kiyevlə "aktivlərin bölünməsi" ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, həftəsonu çox iş görülüb və Ukraynada münaqişəni dayandırmaq şansı var.

"Səhər saatlarında prezident Putinlə Ukrayna müharibəsi barədə danışacağam. Atəşkəslə bağlı bir çox elementlər razılaşdırılıb, lakin hələ çox işlər görülməlidir. Minlərlə gənc əsgər ölür. Hər həftə hər iki tərəfdən 2500 əsgər ölür və müharibə indi dayanmalıdır. Mən prezident Putinlə telefon danışığını səbirsizliklə gözləyirəm", -Tramp sosial şəbəkədə yazıb. (modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
4
olaylar.az

6Источники