RU

Ən yaxşı 5 futbolçunun adını açıqladı, Messini unutdu

Dünyanın tennisinin 3-cü nömrəsi Karlos Alkaras futbol tarixinin ən yaxşı oyunçuları siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, “Real” azarkeşi olan idmançının top siyahısında “Barseona”nın yetirməsi olan Lionel Messiyə yer tapılmayıb.

Alkaras “ilk beşliy”in ilk pilləsində Madrid klubunun əfsanəsi Kriştianu Ronaldonu qoyub. Uzun müzakirələrdən sonra tennisçi onun keçmiş komanda yoldaşları Serxio Ramos və Luka Modriçin adını qeyd edib. O, “Top 5”-də son iki yeri Ronaldinyo və Neymara verib.

Şərhlərdə azarkeşlər Alkarszın seçimindən qəzəblənib. Onu Lionel Messinin adını çəkmədiyinə görə tənqid ediblər. Karlos daha sonra şərhlərə cavab verib və argentinalı unutduğunu deyib.

Избранный
4
1
publika.az

2Источники