RU

İsrail daha bir HƏMAS liderini məhv etdi

İsrail Qəzza zolağına hücumda Fələstinin radikal HƏMAS hökumətinin baş naziri İssam əd-Daalini öldürüb.

"Unikal" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, hava hücumu zamanı mərmi əd-Daalinin olduğu evə düşüb. Kanal həmçinin iddia edir ki, İsrailin bombardmanı nəticəsində  Qəzzada HƏMAS hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa həlak olub.

Hələlik HƏMAS-dan rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad edəcəkdi. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatıb, lakin İsrail və HƏMAS ikinci barədə razılığa gələ bilməyiblər. 

Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu addım Fələstin hərəkatının ABŞ-nin atəşkəsi uzatmaq təkliflərini rədd etməsi səbəbindən baş verib.

Gülayə Mecid 

Избранный
37
50
unikal.az

10Источники