Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətindəfəaliyyətini davam etdirir.
Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.
Bildirilib ki, bu çərçivədə Agentlik Novruz və Ramazanbayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərindəinsanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər vərayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionlarıntəhlükəsiz istismarının təmin edilməsi məqsədilə texnikitəhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterlitədbirlər həyata keçirir.
Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşlarıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlardaqanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılırvə müəyyən edilən nöqsanların aradan qaldırılması üçünattraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelətövsiyələr verilir. Bildirilir ki, attraksionlar təhlükəpotensiallı qurğular olduğu üçün onların istismarına cavabdehşəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsizistismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı,attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəmüddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxışkeçirilməlidir.
İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçünattraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına dahaciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlaracavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.
Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionlarıntəhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, ocümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyatakeçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflıməlumat verilir.