RU

ABŞ və Cənubi Koreya robot itlərə Kim Çen Inın yeraltı bunkerlərinə hücum etməyi öyrədirlər

ABŞ və Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeraltı kommunikasiyalarına hücum etmək üçün dörd günlük təlimə başlayıblar. Bu barədə “Koreya JoongAng Daily” xəbər verir.

“Təlimlərdə Cənubi Koreyanın pilotsuz uçan aparatları və “Swede” dördayaqlı yeriyən robotları da daxil olmaqla ən müasir hərbi texnologiyalardan istifadə edilib”, - nəşr bildirib.

Qeyd edildiyi kimi, təlimlər kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının tətbiqi ilə başlayıb. Cənubi Koreyanın “Dronebot Battle Group” şirkəti yeraltı obyektin yaxınlığında kəşfiyyat xarakterli dronları yerləşdirib. Cənubi Koreyanın mexanikləşdirilmiş bölmələri pilotsuz təyyarələrdən əldə edilən kəşfiyyat məlumatlarından istifadə edərək qurudan hücuma keçərək, tuneldən kənarda düşmən qüvvələrini zərərsizləşdirib və giriş nöqtələrini bağlayıb.

Manevrlərdə iki ölkənin 370 hərbi qulluqçusu və müasir texnologiyalar - pilotsuz uçuş aparatları, robot itlər və robot istehkamçılar iştirak edir.

Cənubi Koreya kəşfiyyatının məlumatlarına görə, Pxenyanın və KXDR-in digər strateji əhəmiyyətli şəhər və qəsəbələrinin altında minlərlə tunel qazılıb. Onlar müharibə və ya dünyanın sonu vəziyyətində ölkə lideri Kim Çen Inın və yüksək səviyyəli rəhbərliyin təxliyəsi üçün nəzərdə tutulub.

Bu yeraltı tikililərdə həmçinin kütləvi qırğın silahlarının anbarları və hətta şəhər infrastrukturunun elementləri (məsələn, metro) ola bilər.

Təlim İsrail ordusunun yaraqlıların girovları köçürmək və gizlətmək üçün istifadə etdiyi “HƏMAS” tunelləri şəbəkəsi ilə üzləşdiyi Qəzzada müharibə fonunda keçirilir. Cənubi Koreya belə şəraitdə mümkün əməliyyatlara əvvəlcədən hazırlaşıb - hələ 2019-cu ildə ölkə tunellərdə döyüş əməliyyatları üçün xüsusi bölmələr yaradıb.

Almaz Həsənli

Избранный
5
oxumeni.az

1Источники