RU

UNEC müəllim və tələbələri "Ahıllar Evi"nə bayram səfəri edib - FOTOLAR

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri İlaxır Çərşənbə münasibətilə "Ahıllar Evi"nə səfər ediblər.

QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru, professor Ədalət Muradov məlumat verib. Onun sözlərinə görə, Yaradıcılıq Mərkəzinin hazırladığı bayram proqramı çərçivəsində ahıllar üçün xüsusi tədbir təşkil olunub:

"Ahıllar evində yaşayan ağsaqqallar və ağbirçəklərlə şənləndik. Onların sevincini, bayram əhvalını, gözlərindəki parıltını görmək gözəl bir hissdir. Bu hissi onlara və bizlərə yaşadan UNEC tələbələri adına qürurlandım. Böyüklərə diqqəti, qayğısı və sözlə ifadə edilə bilməyən həssaslığına görə UNEC tələbələrinə təşəkkür edirəm! Sağ olun! UNEC-i həm də sizlər dəyərə çevirdiniz! Ahıllar Evini məmnunluq hissi ilə tərk etdik. Bir daha Ahıllar Evinin hər bir sakinini İlaxır Çərşənbə münasibətilə təbrik edirəm, hər birinə möhkəm can sağlığı arzu edirəm. Bu tədbirin baş tutmasına verdiyi dəstəyə görə Samirə xanım Mehdiyavaya təşəkkür edirəm".

Избранный
13
qht.az

1Источники