RU

ABŞ İranın ən yeni kəşfiyyat gəmisini batırdı

ABŞ Qırmızı dənizdə İranın ən yeni kəşfiyyat gəmisi olan "Zaqros"u batırıb.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadat" telekanalı məlumat verib.

 

İran hələlik bu məlumatı təsdiqləməyib.

 

Məlumata görə, "Zaqros" gəmisi cəmi iki ay əvvəl döyüş növbətçiliyinə başlayıb.

 

"Radioelektron kəşfiyyat gəmisi İran donanmasının dənizlərdə və okeanlarda gözətçi gözü olacaq", - deyə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani o zaman bildirmişdi.

 

Xatırladaq ki, martın 17-də ABŞ Prezidenti Donald Tramp İranın husilərin əməllərinə görə cavab verəcəyini demişdi.

 

"Husilərin atdığı hər bir atəş indi İran silahından atılan güllə kimi qiymətləndiriləcək. İran üçün nəticələri ağır olacaq", - deyə o qeyd edib.

Избранный
27
4
sfera.az

5Источники