RU

Bu ölkə “Formula 1” yarışına ev sahibliyi etmək istəyir

Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə F1 üzrə dünya çempionatının mərhələsinin keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

“İki sahil” Tailand mətbuatına istinadla xəbər verir ki, hökumət rəsmisi bildirib ki, görüş Tailandın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirib.

Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün F1 rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.

“Hər iki tərəf uyğun şəhərin seçilməsi, investisiya və layihənin ümumi məqsədəuyğunluğu da daxil olmaqla, “Formula 1” tədbirinin keçirilməsi imkanlarını araşdırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəlib”, - nümayəndə əlavə edib.

Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.

Избранный
8
4
ikisahil.az

7Источники