Dünyanın tennisinin 3-cü nömrəsi Karlos Alkaras futbol tarixinin ən yaxşı oyunçuları siyahısını açıqlayıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, “Real” azarkeşi olan idmançının top siyahısında “Barseona”nın yetirməsi olan Lionel Messiyə yer tapılmayıb.
Alkaras “ilk beşliy”in ilk pilləsində Madrid klubunun əfsanəsi Kriştianu Ronaldonu qoyub. Uzun müzakirələrdən sonra tennisçi onun keçmiş komanda yoldaşları Serxio Ramos və Luka Modriçin adını qeyd edib. O, “Top 5”-də son iki yeri Ronaldinyo və Neymara verib.
Şərhlərdə azarkeşlər Alkarszın seçimindən qəzəblənib. Onu Lionel Messinin adını çəkmədiyinə görə tənqid ediblər. Karlos daha sonra şərhlərə cavab verib və argentinalı unutduğunu deyib.
“Bu beş nəfərin adını çəkdiyimə inana bilmirəm, Messini və bir neçə başqasını unutdum. Hazırda daha beş nəfərin adını çəkə bilərəm”, – deyə Alkaras yazıb.