RU

UEFA-nın Azərbaycanda təşkil etdiyi futzal turniri başa çatıb

UEFA-nın “HatTrick” proqramı çərçivəsində Azərbaycanda təşkil olunan “Məktəblərdə Futbol Dərsi” layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

90deqiqe.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 10 təhsil müəssisəsi mübarizə aparıb.

Lənkəran şəhəri Şiləvar kənd tam orta məktəbin idman zalında keçirilən yarışda ümumilikdə 100-dən çox şagird (qız və oğlan) iştirak edib. Turnirin final oyununda rəqibini üstələyən 7 saylı tam orta məktəbin kollektivi kuboku başı üzərinə qaldırıb. Turnirdə 2-ci və 3-cü yerləri müvafiq olaraq Kənarmeşə kənd tam orta məktəb və 5 saylı tam orta məktəbin kollektivləri tutub.

AFFA tərəfindən qalib komandaya kubok, medallar və hədiyyə toplar, 2-ci və 3-cü yeri tutan komandalara medallar, turnirdə iştirak edən bütün şagirdlərə isə diplomlar təqdim olunub. Turnirdə xüsusi fərqlənən oyunçulara müvafiq nominasiyalar üzrə mükafatlar verilib.

Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov, eləcə də Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə təqdim ediblər.

Избранный
17
5
90deqiqe.az

7Источники