"Neftçi" klubunun sabiq baş məşqçisi Laurentsiu Regekampf "Esperansa Tunis"dən ayrılıb.
News24.az Oxu.Az-a istinadla xəbər verir ki, rumın mütəxəssis Afrika təmsilçisinin rəhbərliyi ilə narazılıq yaşadığı üçün sonda komandada qalmaq istəməyib.
Regekampf 2022-ci il iyunun 21-də "Neftçi"yə baş məşqçi təyin edilib, bir ildən sonra isə postundan göndərilib.
Qeyd edək ki, "Neftçi" klubunun digər rumun məşqçisi Adrian Mutu da son iş yeri olan "Petrolul"dan qovulub.