Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sakinlər kəndin mərkəzində yandırılan tonqal ətrafına toplaşaraq çərşənbəni qeyd ediblər. Xocalıda evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılmış səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb. Yanar ocaqlarımız sönməsin!- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта