Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətində baş verib. Qəzada ekipaj həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.
“2025-ci il martın 18-də Leninqrad vilayəti üzərində hava məkanında planlaşdırılmış təlim-məşq uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Təyyarə yaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb. Ekipaj həlak olub”, - Müdafiə Nazirliyindən bildiriblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта