18-24 mart 2025-ci il tarixlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən “Şuşa Baharı’’ adlı silsilə “Novruz” bayramı tədbirləri həyata keçirilir.
Newscenter.az xəbər verir ki, tədbirin ilk günü - 18 mart tarixində "Qala qapısı"nda Keçəl, Kosa, “Bahar qızı” nın iştirakı ilə əyləncəli bayram tədbiri keçirilib, 33 illik həsrətdən sonra doğma yurdda “Qala qapısı” adlanan ərazidə “Novruz” tonqalı qalanıb. Bayram tədbirində iştirak edən Şuşa sakinləri ilk dəfə doğma Vətəndə bu cür müqəddəs bayramın qeyd edilməsini böyük fərəh, sevinc və qürur hissi ilə yaşayıblar.
Süleyman