Sabah Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutacaq.
Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında bildirib.
O qeyd edib ki, tərəflər arasında 175-in 175-ə prinsipi əsas götürüləcək.
Bundan əlavə, Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi köçürüləcək.