RU

Husilər İsrailin hava bazasını VURDULAR

Yəmən husiləri İsrailin Qəzza zolağında yenidən əməliyyat keçirməsinə cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin Negev səhrasındakı bazasına "Fələstin-2" hipersəs raketi atıb.

Publika.az xəbər veriur ki, bu barədə üsyançılara istinadla Al Masirah telekanalı məlumat yayıb.

“Silahlı qüvvələr Nevatim aviabazasını “Fələstin-2” hipersəs ballistik raketi ilə vurub”, - deyə məlumatda bildirilir.

Husilər raketin hədəfi vurduğunu vurğulayıblar və Qəzza zolağında hərbi əməliyyatlar dayanmasa İsrailə qarşı hücumların miqyasını yaxın gələcəkdə genişləndirəcəklərinə söz veribilər.

Избранный
18
publika.az

1Источники