RU

BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
 

BP-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.


Görüşdə BP-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub.


Bizim.Media

Избранный
6
9
bizim.media

10Источники