RU

Polşa Rusiya və Belarusla sərhəddə mina istehkamları quracaq

Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq.

Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddə “Şərq qalxanı” müdafiə istehkamları xəttində piyadalara qarşı minaları istifadə etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda RMF FM radiostansiyasının efirində bildirib.

“Bu (piyadalara qarşı minalar – red.), “Şərq qalxanı”nın elementlərindən biri olacaq”, – Beyda vurğulayıb.

Onun sözlərinə görə, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır, onları ölkə daxilində istehsal etmək niyyətindədirlər.

“Bunu Polşa Silah Qrupunun zavodları edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm”, – siyasətçi qeyd edib.

Избранный
38
6
operativmedia.az

7Источники