RU

“Biz öz cavabımızı verəcəyik” - Zelenski

"ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini veriblər", - deyə Zelenski bildirib.

Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb: "İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini təfərrüatlarını bilsək, düzgün olardı".

Dövlət başçısı qeyd edib ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.

"Amerika Prezidentindən, Amerika tərəfdən təfərrüatları aldıqdan sonra biz öz cavabımızı verəcəyik, onu hazırlayacağıq və komanda texniki danışıqlara hazır olacaq", - deyə Zelenski bildirib.

Milli.Az 

Избранный
8
2
milli.az

2Источники