RU

İmamoğlunun həbs qərarından sonra sosial mediaya girişdə problem YARANDI

İstanbul Baş Prokurorluğu aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib.
 
Bu barədə "Haberler.com" saytı məlumat yayıb.
 
Aralarında İmamoğlunun da olduğu 100-dən çox adamın saxlanıldığı, evlərində axtarış aparıldığı bildirilib.
 
Nəşr yazır ki, həbs qərarları və araşdırmalardan sonra "X" (Twitter), "Instagram" və "YouTube" platformalarına girişdə problemlər yaranıb.
 
İstifadəçilər bu platformalara daxil olarkən yavaşlamalar və əlaqə xətaları ilə üzləşdiklərini bildiriblər.
 
NTV-nin xəbərinə görə, band ixtisarının yalnız İstanbul üçün tətbiq edildiyi bildirilib.
Избранный
5
14
moderator.az

10Источники