RU

İranda ilaxır çərşənbədə 9 nəfər ölüb

Ötən gün İranda ilaxır çərşənbə günündə 9 nəfər ölüb, 2 466 nəfər isə xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 115 nəfərin bədən üzvü amputasiya olunub, 720 nəfər göz nahiyəsindən xəsarət alıb, 700 nəfərdə müxtəlif dərəcəli yanıq xəsarətləri qeydə alınıb.

Miadfər əlavə edib ki, ən çox hadisə Tehran, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.

O qeyd edib ki, ümumilikdə ötən 28 gün ərzində İranda Novruz bayramı şənliklərinə hazırlıq və çərşənbə günləri ilə əlaqədar 15 nəfər ölüb, 3 276 nəfər xəsarət alıb.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur və kustar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.

Избранный
65
17
ikisahil.az

10Источники