Bakı, 19 mart, AZƏRTAC
Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.