Azərbaycan U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
QOL.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.
19 mart
18:00. Azərbaycan (U-17) – Albaniya (U-17)
Baş hakim: Jérémy Muller (Lüksemburq)
Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)
Dördüncü hakim: Michele Beltrano (San Marino)
Elbasan Arena.