RU

“AzərEnerji” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq “Azərenerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.

“İki sahil” quruma istinadən xəbər verir ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

Избранный
3
13
ikisahil.az

10Источники