19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təlim-məşq toplanışını davam etdirir.
Msport.az xəbər verir ki, komandamız bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.
Elxan Abdullayevin yetirmələri Moldova seçməsi ilə üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, komandalar martın 22-də ikinci yoxlama matçında qarşılaşacaqlar.