RU

Azərbaycan praqmatik xarici siyasət prinsiplərinə sadiqdir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr,keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbərtədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsibaxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi. ÖlkəPrezidenti cənab İlham Əliyevin martın 13-də Forumun gedişi zamanı“Euronews” televiziyasına verdiyi müsahibəsindən isə, dünyaictimaiyyəti ölkəmizin bir sıra qlobal məsələlərlə bağlı mövqeyinibir daha öyrənmiş oldu.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycanın, ilk növbədə, məhz CənubiQafqazda baş verən dəyişikliklərdə rolu və bu proseslərə münasibətibeynəlxalq ictimaiyyəti daha çox maraqlandıran məsələlərdəndir.“Ölkəmiz artıq uzun illərdir ki, bu regionun şəriksiz lider dövlətikimi çıxış edir və yeni regional reallıqlar formalaşdırır. Liderlikhəm də məsuliyyət deməkdir. Azərbaycan da Cənubi Qafqazda sülh vəsabitliyə görə məsuliyyət daşıdığını yaxşı bilir və bunların təminolunması üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev özmüsahibəsində belə bir ifadə işlətdi ki, ətrafımızda baş verənböhranlardan regionumuzun qorunması vacib məsələdir. Bu, bir dahaAzərbaycanın öz praqmatik xarici siyasətində bütün regionxalqlarının maraqlarını nəzərə almağa çalışdığını nümayiş etdirir.Dövlətimizin başçısı regionun gələcəyinə dair gözləntilərini açıqmətnlə bəyan edərək bildirdi ki, biz geosiyasi transformasiyalarilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər vəregional fürsətlər üzərində cəmləşdirməliyik.”

K. Qafarov Prezident İlham Əliyevin qlobal miqyasda baş verəngeosiyasi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirlərinəhəmiyyətini vurğulayaraq deyib:

“Hər zaman öz fikirlərini birmənalı və dəqiq ifadələrləsəsləndirməyə üstünlük verən Prezident İlham Əliyev “Euronews”televiziyasına bu müsahibəsində də öz prinsiplərinə sadiq qaldı vəbildirdi ki, bu gün geosiyasi dəyişikliklərdən bəhs edərkən,bunların, ilk növbədə, Vaşinqtonda baş verən hadisələr olduğu qeydedilməlidir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlıbaşlanmış proseslər bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuşqərarlardan necə asılı olduğunu nümayiş etdirir. Məhz bu da XIIQlobal Bakı Forumu kimi belə çoxsaylı qonaqların iştirak etdiyitoplantıların hadisələri müvafiq şəkildə qiymətləndirmək,fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımındanvacib olduğunu bir daha vurğulayır. Öz növbəsində, Azərbaycan Trampadministrasiyası dövründə ABŞ ilə münasibətlərinin və güclütərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxır”.

Избранный
13
14
az.trend.az

10Источники