RU

Suqovuşan məscidində eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək (FOTO)

Ağdərə. Trend:

Ağdərə rayonunun Suqovuşan kəndində fəaliyyətə başlayan məsciddəeyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək.

Trend xəbərverir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələrşöbəsinin müdiri Afət Telmanqızı deyib.

“Bununla yanaşı, məscidin birinci mərtəbəsi kişilər, ikincimərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.
İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadəolunub, həyəti də yaşıllaşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım MehribanƏliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoymamərasimində iştirak ediblər.

Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki,milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsiPrezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizinbaşçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda vəölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə vəziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib”, - obildirib.

Qeyd edək ki, işğal zamanı məscidlərimiz vəhşiliklə dağıdılıb,67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdəhazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeniməscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəkiməscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərinqorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığınıgöstərir.

Suqovuşan
Suqovuşan
Suqovuşan
Избранный
41
11
az.trend.az

10Источники