Fransa yeni nəsil “Rafale” qırıcılarını hipersəs nüvə raketləri ilə təchiz edəcək.
“Poliqon” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Hava-Kosmik Qüvvələrinin 116-cı Luxeuil-Sent-Sauveur aviabazasına ziyarəti zamanı açıqlayıb.
O bildirib ki, Fransanın “Rafale” sifarişləri artacaq və qırıcının istehsalı sürətlənəcək.
E.Makronun sözlərinə görə, Luxeuil-Saint-Sauveur Fransada 2035-ci ilə qədər hipersəs nüvə raketləri ilə təchiz olunacaq yeni nəsil “Rafale” qırıcılarını qəbul edəcək ilk aviasiya bazası olacaq.