RU

Husilər İsrailin Nevatim aviabazasını vurdu

Yəməndəki husilər hərəkatı İsrailin hava bazasını vurduqlarını açıqlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri yerli televiziyada verdiyi açıqlamada İsraildəki hədəfləri genişləndirməklə hədələyib.

Qəzza zolağına edilən hücumların dayanmadığı təqdirdə İsrailə hücumların artacağı ilə təhdid edən Seri, Nevatim aviabazasını “Fələstin-2” hipersəs ballistik raketi ilə müvəffəqiyyətlə vurduq" deyib.

"Yəmən idarəsi, xalqı və ordusu ilə Qəzzadakı qardaş və bacılarımızın məruz qaldığı qətliamlara qarşı əli bağlı dayanmayacaq" deyən Seri, idarə etdikləri silahlı qüvvələrin Fələstində məzlumların qələbəsi və müdafiəsi üçün bütün güclərini ortaya qoyacağını bildirib.

Husilərə bağlı qüvvələrin düşmənləri olan ABŞ-yə qarşı durmağa davam edəcəklərini bildirən Seri, Qəzzaya hücumlar dayandırılana, yardımlar göndərilənə və blokada qaldırılana qədər İsrailin dəniz naviqasiyasının qarşısını almağa davam edəcəklərini vurğulayıb.

Digər tərəfdən İsrail ordusundan verilən açıqlamada Yəməndən İsrailə doğru atılan ballistik raket səbəbiylə xəbərdarlıq sirenlərinin səsləndiyi açıqlanıb.Açıqlamada sözügedən ballistik raketin İsrail hava məkanına girmədən əvvəl hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.

Избранный
6
cebheinfo.az

1Источники